12 Noyabr 2014 11:51
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milyarder Harold Hamm boşandığı həyat yoldaşına təxminən 1 milyard dollar təzminat ödəyəcək.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə Hammın həyat yoldaşına 955.5 milyon dollar təzminat ödəməsinə qərar verib. Şirkətin ortaqlarından olan Sue Ann Hamm kompaniyanın bu hala gəlməsində payının da olduğunu bildirərək 17 milyard dollarlıq sərvətin yarısını istəyib.

Məhkəmənin qərarına görə, Hamm həyat yoldaşına bu ilin sonuna qədər 320 milyon dollar ödəyəcək. Təzminatın qalan hissəsinin ayda 7 milyon dollar olmaqla ödəniləcək.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər