Amerikanın ən nüfuzlu universitetləri 17 yaşlı nigeriyalı Harold Erkehi axtarır. Teleqraf.com xəbər verir ki, H.Ekeh Amerikanın nüfuzlu universitetlərinə qəbul olmaq üçün müraciət edib.
Harvard, Yel, Kolumbia, Kornell, Dartmout, Prinketon, Pennsilvania və digər universitetlə nigeriyalı gəncin müraciətini müsbət qarşılayıblar.
Harold Ekeh seçim etməkdə çətinlik çəkir. O, Yel Universitetinin diqqətini çəkdiyini bildirib. Nevrobiyoloji və ya Kimya üzrə təhsil alacaq gənc daha öncə ABŞ-da keçirilən elmi araşdırmalar üzrə yarışmada birinci yeri tutub. Buna görə də ABŞ-dakı hərb bir universitet Harold Ekehin onu seçməsi üçün çaba göstərir. Gənc araşdırmaçı isə universitetləri bir-bir gəzdikdən sonra qərar verəcəyini deyib.
8 yaşında Amerikaya gələn gəncin ailəsinin məqsədi məhz Harold Ekehe yaxşı təhsil vermək olub.
Ayxan