İngiltərəli Villiam adlı şəxs son 10 ildir yaşadıqlarını xatırlamır.
Publika.az-ın “Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, o, 2005-ci ildə diş müalicəsi üçün həkimə gedib. Lakin o vaxtdan bu günə qədər həyatında baş verən heç bir hadisəni yadında saxlaya bilmir. Həkim diş kanallarını təmizləyərkən ona sakitləşdirici verib. Həmin gün müalicə bitəndən sonra o çətinliklə özünə gələ bilib. Yerindən durmaqda çətinlik çəkdiyini görən həkim təcili yardım çağırıb və onu xəstəxanaya aparıblar.
Lakin sakitləşdiricinin təsiri keçəndən sonra özünə gələn Villiam sadəcə o günə qədər olanları xatırlaya bilir. Həkimlər onun beynində hər hansı problem olmadığını bildiriblər. Onun psixoloji vəziyyətində də heç bir pozuntu aşkarlanmayıb. Villiam keçmiş həyat yoldaşını, uşaqlarını, hətta 2005-ci ildən əvvəl baş verən bütün hadisələri xatırlasa da, bir saat əvvəl nə etdiyini heç vaxt xatırlaya bilmir. Ona görə də, son 10 ildir hər gün səhər həkimə getməyi planlaşdırıraraq yuxudan durur. Demək olar ki, hər gün eyni şeyi təkrar yaşayır.