Türkiyənin Bodrum şəhərində 15 yaşlı lisey şagirdi S.T.Ç.-nin içkisinə dərman töküb yatıraraq təcavüz edən 22 yaşlı E.A. həbs olunub.
Teleqraf.com-un məlumatına görə, bir tanışı vasitəsilə inşaat işçisi E.A. ilə tanış olan yeniyetmə qız ilk dəfə 4 il əvvəl təcavüzə məruz qalıb. Qızın çılpaq görüntülərini yayacağı ilə hədələyən təcavüzkar onunla bir neçə dəfə də cinsi əlaqədə olub.
Bu azmış kimi E.A qızı özü ilə doğulduğu Qars şəhərinə qaçırmaq istəyib. Lakin şəhərlərarası avtobus yanına çatanda qız özünü yaxınlıqdakı polis bölməsinə çatdıraraq kömək istəyib. Bundan dərhal sonra 22 yaşlı təcavüzkar həbs edilib.
Uğur