29 Aprel 2016 08:52
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Apple" şirkəti son 13 ildə ilk dəfə olaraq gəlirlərini azaldığın elan edib. Maliyyə ilinin 2-ci rübü üzrə şirkətin hesabatına əsasən, dünyada "iPhone"ların satışı sürətlə aşağı düşməkdədir. Bu şirkətin ən böyük bazarları sayılan ABŞ v Çində xüsusilə aydın göstərir. İkinci rübdə "Apple"nin gəlirləri 13% azalaraq 50,6 milyard dollara düşüb. Şirkətin təmiz mənfəəti isə 22% azalaraq 10,5 milyvard dollar olub.

Teleqraf.com fins.az-a istinadən bildirir ki, halbuki 2015-ci ilin eyni dövründə şirkətin gəlirləri 58 milyard dollar, mənfəəti isə 13,6 milyard dollar olmuşdu. Əslində "Apple"in gəlirlərinin azalması gözlənilirdi, amma analitiklər bu rəqəmin 52 milyvrd dollar olacağını proqnozlaşdırırdılar, amma real göstərici daha az - 50,6 milyard dollar oldu.

Hesabatdan aydın olur ki, gəlirlərin azalmasının əsas səbəbi "iPhone"ların satışı kəskin azalıb. Bu rüb şirkət cəmi 51,2 milyon smartfon sata bilib. Halbuki ötən il bu göstərici 61,2 milyon idi. Ən pis vəziyyət Çindədir - "Apple" üçün mühüm olan ən byöük bazarda "iPhone"ların satışı ötən ilin eyni dövrünə nisbətən 26% azalıb.

Analitiklər hesab edir ki, şirkət çox güman ki, bazarın "doyması" ilə üzləşib. Eyni zamanda Çində bazar daha ucuz qiymətə olan, amma göstəricilərinə görə, "iPhone"dan geri qalmayan Android smartfonları ilə dolmağa başlayıb. Bundan başqa, Çində "Apple"nin başqa problemləri də var. Ölkədəki ümumi iqtisadi azalma dan başqa, həm də Çin hökuməti "Apple"nin bəzi servislərinə - "iBooks Store" və "iTunes Movies"ə girişləri bağlayıb.
Apple, görünür, bu vəziyyətdə, özünün digər servislərinə - "Apple Music" və "iCloud"un inkişafına ümid edir.

Belə ki, sonuncu təqdimat mərasimində şirkətin rəhbəri Tim Kuk bu xidmətlərə böyük diqqət ayırmış və bildirmişdi ki, müştərilər razı qalsalar "AppStore" və "iTunes" xidmətlərindən gəlirlər artacaq: "Çətin iqtisadi vəziyfətə baxmayaraq bizim servislərdən gələn gəlirlərin artımı davam edir. Bunun səbəbi dünyada "Apple" qurğularının artaraq 1 milyard ədədi keçməsidir".

Bunjan başqa, "Apple" rəhbərliyi ümidlərini şirkətin yeni yaranan məhsuluna "Apple Watch"a bağlayıb. Vaxtilə "iPhone"la birlikdə şirkətə böyük gəlir gətirən "iPad"lar isə artıq dəbdən düşüb. Bu qurğuların satışı kəskin azalır, baxmayaraq ki, hər il şirkət yeni modellər istehsal etməkdə davam edir.

Amma gəlirlərinin azalmasına baxmayaraq "Apple" rüblük dividendlərinin həcmini artırmaqdadır. Souncu dəfə dividendlərin məbləği 10% artaraq, hər səhmə 57 sent təşkil edib. Bundan başqa, şirkət elan edib ki, səhmlərin geri alınması üçün nəzərdə tutulan məbləği 140 milyard dollardan, 175 milyard dollara qaldıracaq. "Biz bu əməliyyatdan 11,6 milyard dollar gəlir əldə etdik və səhmdarlarımıza təkcə ikinci rübdə 10 milyard dollar qaytardıq"-deyə şirkətin maliyə direktoru Luka Maestri bildirib.

Şirkət rəhbərliyi satışların azalmasını və gəlirlərin düşməsini bazarın ənənəvi məhsullarla "doyması"ilə əlaqələndirməsə də, analitiklər hesab edir ki, "Apple"ni yalnız yeni məhsul xilas edə bilər. Bəzi mütəxəssislər hesab edir ki, payızda keçiriləcək və "iPhone 7" və "Apple Watch 2"nin təqdim ediləcəyi təqdimatdan çox şey asılı olacaq.

Yeri gəlmişkən, şirkət satışların bundan sonra da düşəcəyini gözləyir. Proqnozlara görə, qarşıdakı rübdə şirkətin gəlirləri 41-43 milyard dollar olacaq.


Müəllif: