3 İyun 2016 08:35
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən il Salvadorda körpələri dəyişik düşmüş britaniyalı ata və onun arvadı gerçək övladlarına sahib olublar.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Riçard Kuşvoz və onun salvadorlu arvadı Mersy oğulları Moses ilə yalnız indi ABŞ-da evlərinə dönə biliblər. Mosesin onların uşağı olması DNT yoxlaması nəticəsində sübut olunub.

Moses başqa körpə oğlanla doğum evində dəyişik düşmüşdü. Ata-ana doğum kağızını əldə etmək üçün 8 ay gözləməli olub.

Hər iki körpə sentyabr ayında həqiqi valideynlərinə qaytarılıb. Uşağın anası, xanım Kuşvoz BBC-ə "qayğısını çəkdiyi, yedizdirdiyi, sevə-sevə çimizdirdiyi uşağın onun olmadığını" biləndə keçirdiyi hisslərdən danışıb.

"İki fikir məni düşündürüdü - məndə olan uşağın aqibəti necə olacaq və bəs mənim uşağım haradadır?", o, deyib. Kuşvoz ailəsində uşaq Salvadorda, 2015-ci ilin may ayında doğulub. Təzə doğulmuş körpənin ilk gecəsi hospitalda keçsə də, səhərisi gün naməlum səbəblərdən uşaq başqa bir körpə ilə dəyişik düşüb.
Nəticədə ana Kuşvoz evinə özgə körpəni aparıb.

Ata-ana deyir ki, son nəticədə həqiqi uşaqları ilə evlərinə dönə bilmələri onlar üçün bu ağrılı əhvalatın "xoşbəxt sonluğu" deməkdir. Körpələrin hansı səbəbdən səhv düşməsi anlaşılmaz olaraq qalır. İki həftə bundan əvvəl doğuşu qəbul edən həkimə qarşı irəli sürülmüş ittiham ləğv olunub.


Müəllif:

Oxşar xəbərlər