2 May 2017 12:39
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyəyə münasibəti qəbuledilməzdir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Azay Quliyev bildirib.

A.Quliyev deyib ki, Avropa Şurası Türkiyədəki dövlət çevrilişinə cəhdə obyektiv münasibət göstərməyib:

“Dövlət çevrilişinə cəhd vaxtı parlament binasını atəşə tutan FETÖ-ya AŞPA lazım olan münasibəti göstərmədi. Həmçinin baş verən terror aktlarına da eyni münasibət sərgilənir. Lakin Fransada terror aktı baş verəndə demək olar ki, bütün şura üzvləri hərəkətə keçdiklər”.

Cavad


Müəllif:

Oxşar xəbərlər