4 May 2017 16:38
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Baş nazir Karen Karapetyan Ermənistan Prezidenti Serj Sərkisyanın fərmanı ilə ordu sıralarından qovulan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Enriko Apriamova vəzifə verib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın baş nazirinin qərarına əsasən, Enriko Apriamov Ermənistanın fövqəladə hallar nazirinin müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, mayın 3-də Serj Sərkisyanın imzaladığı fərmana əsasən, Enriko Apriamov həm Baş Qərargahın rəisinin birinci müavini vəzifəsindən, həm də ordu sıralarından kənarlaşdırılıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər