Bakı İrəvanın Azərbaycanla sərhəddə “İsgəndər” komplekslərini yerləşdirmək planları ilə bağlı informasiyanı araşdıracaq.
Teleqraf.com xəbər verir ki, , bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
“Bu informasiyanın hərtərəfli araşdırılması tələb olunur” deyə E.Məmmədyarov qeyd edib.
Bir müddət öncə Ermənistan mətbuatı İrəvanın Rusiyadan yeni “İsgəndər” kompleksləri aldığını və həmin qurğunun Azərbaycanla sərhədə yerləşdiriləcəyini bildirib.