22 Aprel 2019 21:54
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

I yazı

Bu prosesə “5-ci kalon”u təmsil edənlər cəlb olunublar

Bir-birindən fərqli görünüşlərlə, ideoloji-siyasi baxımdan ayrı-ayrı sosial qrupları təmsil edən çevrələr Azərbaycan dövlətçiliyinə qarşı zaman-zaman andidövlət projelərini gerçəkləşdirməyə cəhd edirlər. “Qurdlar süfrəsində Azərbaycan” projesini irəli sürən çevrələr ölkəmizdə “din”, “təriqət”, “demokratiya”, “insan hüquqları”, “postmodern” və digər fərqli görüşünlərdə müəyyən addımları atmağa başlayıblar. Təəssüflər olsun ki, ölkə KİV-ləri, özəlliklə də sosial media bu antidövlət siyasətinin çalarlarını, onun hansı bəlalara səbəb olacağını incələmir.

“İspan modeli”nin müasir çalarları

“5-ci kalon” anlayışı ilk dəfə İspaniyada 1936-cı ildə gündəmə gəlib. Diktator Fransisko Franko onu müdafiə edən Emilio Molanın komandanlığı altında demokratik dövlət idarəetməni diktatura ilə əvəz etmək üçün paytaxt Madriddə xalq tərəfindən seçilmiş iqtidara qarşı üsyan etdi. General Franko hətta təşəxxüslə belə bir ifadə işlətmişdi: “7 noyabrda paytaxtın “Qran Via” kafesində kofe içəcəm. Dörd hərbi birlik mənimlədir. Beşincisi isə Madriddə çoxdan bizi gözləyir”. Sonrakı hadisələr bu faktı təsdiq etdi. Demokratik idarəetmə və xalqın qanunla seçdiyi hakimiyyət deyil, xarici güclərin təsiri altında yaşamaq məcburiyyətində qalan İspaniya anlayışı gündəmə gəldi. Ölkənin bütün sərvətləri iqtidara gəlmiş “5-ci kalon”nun əli ilə elə həmin xarici qüvvələrin maraqları üçün yönləndirildi. Görkəmli ispan yazıçısı Dolores İbarruri diktator Frankoya qarşı çıxaraq bu fikirləri yazmışdı: “Madridin müdafiə olunması İspaniyanın qorunmasıdır. Sən diktator kimi bu iki müqəddəs ideyaya xəyanət etdin. 5-ci kalon ispan xalqının əzrayılı deməkdir. Sənin arxalandığın 5-ci kalon İspaniyanın bu gününü deyil, həm də gələcəyini məhv edir”. Müasir dövrdə “5-ci kalon” anlayışı sosiallaşma siyasəti üzərində qurulur. Bu da bəzən xalqlara və dövlətlərə zahiri baxımdan bərbəzəkli görünsə də nəticə etibarı ilə, hər şey bu kalonun gerçək sahiblərinin maraqlarına hesablanır. Onları həmin dövlətin və ya xalqın nə indiki, nə də sabahkı taleyi ilgiləndirmir. Sosiallaşmada dini-teoloji, təriqət və məzhəb, ideoloji, ictimai-sosial, müxtəlif cərəyanlar və sair vasitəsilə tətbiq olunur. Yaxın Şərqdə belə bir siyasətin ortaya atılmasının əsas səbəblərindən biri də həmin ölkələrdə sərt diktator rejimlər və cəmiyyətin sosial baxımdan savadsızlığının geniş miqyas alması ilə müşahidə olunurdu. Ona görə də Səddam Hüseyn (iraq), Hüsnü Mübarək (Misir), Bin Əli (Tunis), Müəmmər Qəddafi (Liviya) və digər diktatorlar “domino daşı” kimi asanlıqla hakimiyyətdən devrildilər. Çünki, bu ölkələrdə “5-ci kalon” əhalini inandırmaq üçün yetərincə faktlara malik idi. Uzun illər sosial-iqtisadi və ictimai həyatda vətəndaşları ağır həyat şərtləri içində yaşamağa məcbur edən faktorlar yetərincə idi.

Azərbaycanda “5-ci kalon” təşəbbüsləri

Siyasi və ictimai baxımdan belə bir addımların atılması üçün respublikamızda üç dəfə qabardılmış formada proseslər cərəyan edibdir. 1. Yenicə dövlət müstəqilliyimizə qovuşan dönəmlər: a) Bəzi region.ölkələrinin ifrat mühafizəkar imperiya siyasətinin şəbəkələri, b) Cənub üzərindən “Cənubi Qafqaz” hədəfləri, c) Xarici ölkələrə məxsus “qara bazar” siyasətinin talançı şirkətlərin maraqlarını şəxsi müstəvidə həyata keçirənlərdən ibarət idi qruplaşmalar. 2. 1993-1998-ci illərdə “demokratiya”, “insan haqları”, “vətəndaş cəmiyyətləri” və KİV-lərin bolluğu adı altında mövcud iqtidara qarşı xarici müdaxilənin, Azərbaycanı saxta yolla “banan ölkəsi”nə çevirmək istəyən güclərin maraqları ətrafında baş verən olaylar. a) “İslam”, “xristian” və digər dinlərin müxtəlif təriqət-məzhəblərinə bağlı olan “donor” təşkilatların fəal müdaxilələri, b) Xarici ölkələrin maliyyə, siyasi və ictimai baxımdan dəstəyi ilə dövlət çevrilişi edərək hakimiyyətə gəlmək istəyən yerli “hərbi-siyasi müxalifət”in qanuni hakimiyyəti tanımaq istəməməsi, c) Köhnə təfəkkürlü və “məmur oliqarxiya” siyasətinə belə bağlayaraq “klan” düşüncəsi ilə idarəetmə siyasətinə önəm verənlər və sairlər. 3. 2002-ci ildən başlayaraq, Azərbaycanda seçkilər yolu ilə müxtəlif maraqları təmsil edən bəzi qüvvələrin hakimiyyətə gəlmək iddiası. a) 2003, 2008, 2013 və 2018-ci illərdə prezident, 2005, 2010 və 2015-ci illərdə Milli Məclis seçkiləri yolu ilə müəyyən xarici və daxili qüvvələrin iqtidarı ələ almaq üçün irəli sürülən təşəbbüslər, b) Ölkədə süni şəkildə kompramat müharibəsini ictimai fikrə calamaqla atılan addımlar, c) Sosial media üzərindən aparılan məntiqsiz “soyuq müharibə” siyasəti. Sadalanan bu faktlar demək olar ki, Azərbaycan dövlətinə qarşı hesablanmış və atılan addımlar olsa da, strateji baxımdan hər dəfə acı məğlubiyyətə uğrayıb. Ona görə ki, qanuni hakimiyyətə qarşı atılan şamurlar heç bir nəticə vermədi. Milli və dövlət maraqları çərçivəsində irəli sürülən islahatlar, əhalinin sosial təminatı, ölkənin milli gəlirlərinin ədalətli böğlüsü bu hədəflərin qarşısını ala bildi. Onu da unutmaq olmaz ki, Azərbaycan dünyada yeganə ölkədir ki, 1 milyon 150 min nəfərlik məcburi köçkün və qaçqınların məskunlaşdırılması və sosial problemlərinin həlli kimi ağır məsələlərin öhdəsindən təkbaşına gəlib. O da bəllidir ki, Azərbaycanın 1993-1998-ci illərdə milli gəlirləri heç də ürəkaçan vəziyyətdə deyildi. Keçmiş Sovetlər Birliyinin dağılmasından sonra iflic vəziyyətinə salınmış milli iqtisadiyyatımızı yenidən dirçəltmək üçün zaman tələb olunurdu. Daxili resursların və əhali ilə düzgün aparılan siyasətin hesabına bütün çətinliklərin öhdəsindən beləcə gəlindi.

“5-ci cədvəl”in müasir sapıntıları

Görkəmli ispan yazıçısı, İspaniyanın diktatoru və “5-ci kalon” siyasətini hakimiyyətə gətirən Fransisko Frankonu daim sərt şəkildə tənqid edən, beynəlxalq “Nobel” Sülh Mükafatını almış Ernest Heminqueyin “5-ci kalon” pyesinin əsas motivi ondan ibarətdir ki, bu gün diktator rejimləri “5-ci kalon” siyasətinə önəm verirlər. O da bəllidir ki, sabah bu antibəşəri ideya siyasi qrupların, antidövlət siyasətini yürüdənlərin, terrorçuların və xarici biznes çevrələrinin yerli gizli əlaltılarının maraq dairəsində olacaq. Ona görə də harada “5-ci kalon” mövcuddursa, onlara qarşı aparılacaq mübarizə təkcə hakimiyyətin deyil, ümumilikdə xalqın dirənişi çox vacibdir. Bu çevrələr kollaborasinistlər zümrəsini təmsil edirlər. Onları nə mənsub olduqları dövlət və xalq, nə də ölkəsinin taleyi heç bir zaman maraqlandırmır. Dahi Ernest Heminquey “5-ci kalon”u həm də “5-ci cədvəl” adlandırmaqla onu demək istəyir ki, bu qruplar istənilən xarici dövlətin maraqlarını ifadə etməklə yanaşı, həm də “vətən xaini” statusu ilə çıxış edirlər. Çünki, onların apardıqları təbliğatların ictimai məzmunu ilə deyil, dövlətçilik və fəlsəfi yöndən hədəflərinin haraya yönəldiyi vacib şərtlərdən biridir. Hal-hazırda Azərbaycanda özlərini demokratik mübarizənin davamçıları kimi təlqin etmək istəyən və müxalif mövqeləri ilə seçilən partiyaların, bəzi vətəndaş cəmiyyəti təşkilatların, eləcə də KİV-lərin fəaliyyətini diqqətlə analiz etdikdə, bəlli olur ki, “5-ci cədvəl”in şərtləri onların mühakimələrində ön sırada yer alır. Bu sırada önə çıxmış və ictimai fikri sapındıran çevrələrin hansı mövzuları daha çox qabardıldığının fərqinə varınca hər şey aydın şəkildə görünür. “Freedom Azerbaijan”, “FreeAZTV”, “Kanal1AZ”, “Meydan TV”, “TuranTV” tipli təbliğat vasitələri “ictimai demaqogiya” fəlsəfəsindən uzağa gedə bilməyiblər.

Onlar Azərbaycan dövlətinin hər bir uğuruna, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə “kölgə” salmaq üçün çamurlar atmaqdan savayı addım atmayıblar. Azərbaycanın maraqlarına toxunan problemləri qabartmayıblar. Beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarına qarşı olan proseslərin mahiyyətini açıqlamaq deyil, “közün üstünə su deyil, benzin səpiblər”. O da bəllidir ki, müasir dünyanın öndə gedən strategiyası enerji resursları məsələsidir. Azərbaycan Yaxın Şərq, Cənubi Qafqaz və Xəzərətrafı regionların coğrafiyasında mərkəzi rol oynayır. Təbii olaraq, dövlətimiizin mövqelərinin sarsıdılması üçün maraqlar toqquşacaq. O da bəllidir ki, Azərbaycan 1993-cü ildən üzü bu yana bütün döyüşlərdən alnıaçıq çıxıb. 1994-cü ildə imzalanan “Əsrin Kontraktı” Azərbaycanın əldə etdiyi bəşəri uğurların təməlidir.

Məhz “Əsrin Kontraktı”ndan sonra, Azərbaycana beynəlxalq miqyasda münasibətlər də dəyişdi. Ötən 25 illik dönəmdə Azərbaycanın addım-addım əldə etdiyi uğurları indi hansısa “5-ci cədvəl”in əli ilə gözdən salmaq, ölkəni tamamilə orta əsrlərin gerizəkalı ağuşuna atmaq ideyası məğlubiyyətlə tamamlanacaq. Çünki, ölkəmizdəki islahatların miqyasının artması, XXI əsrin standartları çərçivəsində dövlət olmanın modelləri tətbiq olunur. Postsovet məkanında bu miqyasda və qlobal səviyyədə 2-ci dövlət bu addımları hələ ki, atmayıb. Beynəlxalq imici qazanmaq və tədbirlərə ev sahibliyi etməklə ölkənin nüfuzunu artırmaq texnologiyası Azərbaycana məxsusdur.

Ə. Yusifoğlu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər