17 Yanvar 2020 15:11
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ ancaq Avropa İttifaqındakı müttəfiqləri üzərindən İrana iqtisadi cəhətdən təzyiq göstərə bilər, Vaşinqtonun bundan başqa təsir mexanizmi yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İvan Konovalov bildirib.

Ekspertin fikrincə, ehtimal olunan savaşda Tehran ABŞ-ın Suriya, İraq, Səudiyyə Ərəbistanı və bölgənin digər ölkələrindəki hərbi bazalarını məhv edəcək: “Buna görə də Vaşinqton yalnız iqtisadi terror metodlarından istifadə etmək məcburiyyətində qalır”.

Konovalov qeyd edib ki, Birləşmiş Ştatlar İrana müharibə açmaqla Yaxın Şərqdəki nüfuzunu itirmək riskinə girə bilməz:

“Bu, Tehranın İraq, Suriya, Səudiyyə Ərəbistanı və bu ərazidəki digər ölkələrdəki Amerika aviabazalarına dərhal zərbə endirməsi ehtimalı ilə əlaqədardır. Vaşinqton İranda hakimiyyəti öz nəzarətində olmasına imkan verəcək sosial partlayış gözləyir. Ancaq bu planların uğur qazanacağı görünmür, ən azı yaxın gələcəkdə”.


Müəllif: Mənsur Rəğbətoğlu