Təklif edirəm ki, elm və təhsil müəssisələri əlavə dəyər vergisindən azad edilsin.
Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı depurat Erkin Qədirli deyib.
O, bildirib ki, zamanında müəllim işləyib və universiteti çox sevir: "Hesab edirəm ki, növbəti büdcə hazırlığında bu təklif nəzərə alınmalıdır".
Erkin Qədirli əlavə edib ki, büdcəyə qənaət edilməsinin mahiyyətini anlamır: "Büdcəyə niyə qənaət olmalıdır? İqtisadiyyat gəlir deməkdir. Bunun üçün də pul xərclənməlidir".