9 Aprel 2021 17:20
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın İnformasiya və İctimai İnkişaf nazirinin müavini Asxat Oralov Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə Teleqraf.com-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Görüş zamanı tərəflər iki ölkə arasında KİV sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Asxat Oralov Nur-Sultan şəhərində Media Mərkəzinin işi, “Turkistan” adlı yeni televiziya kanalının fəaliyyətə başlaması, bu sahədə digər layihələr haqqında ətraflı məlumat verib. Tərəflər türk dövlətlərinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış olunması məqsədilə beynəlxalq qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı çərçivəsində informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclasında iştirak çərçivəsində baş tutub.


Müəllif: Səxavət Həmid