16 Aprel 2021 22:12
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Fuad Axundov Bakıda Hərbi Qənimətlər Parkının açılışı və RF Dövlət Dumasının erməniyönümlü və açıq anti-Azərbaycan fikirləri ilə tanınan deputatı Vitali Milonovun bununla əlaqədar reaksiyasını şərh edib.

Aşağıda Fuad Axundovun şərhi yer alır:

“Ermənistan mətbuatı RF Dövlət Dumasının deputatı Vitali Milonovun sözlərindən riqqətlə sitat gətirir: ah, bu Azərbaycan “müharibə ilə fəxr edir”, bunu iki xalq arasında baş vermiş faciə kimi qəbul etmir, bundan siyasi gediş kimi istifadə edir və s.

Əvvəla, dünyada müharibə, silah, xüsusilə də zəfərə həsr olunan kiyafət sayda muzeylər var. Ancaq Moskvada hərbi texnikanın sərgiləndiyi bir neçə muzey var. Almaniyanın “Tiger”, “Panther» və digər tanklarına tamaşa etmək mümkün olan Kubinka Tank Muzeyi yeganə deyil. Qənimət götürülən texnikadan ibarət olan zəngin kolleksiya açıq səma altında Qələbə Muzeyində də nümayiş etdirilir. Nədir, deputat Milonov bunu bilmir? Yaxşı, bəlkə o Londonda İmperial Hərb Muzeyi, Parisdə Əlillər Evində Hərb Muzeyi barədə eşitməyib və onun Hollandiyanın Zosterberg şəhərində muzey ziyarətçilərini necə ekspozisiyanın gözlədiyi barədə dəqiq məlumatı yoxdur. Lakin Moskvada Poklonniy dağında Qələbə Parkını dəqiq ziyarət edib.

Özümüzdən əlavə edək ki, əsgər dəbilqələri, düşmən ordusunun geyimində manekenlər, “janrlı” səhnələri ilə dioramalar, ağır texnikanı demirik, bütün bunlar dünyanın hərbi muzeylərinin ənənəvi elementləridir. İndə necə? Rusiya, Böyük Britaniya, Hollandiyaya, digər ölkələrə də olar, Azərbaycana isə olmaz? Milonovun sözləri ilə desək, bütün bu ölkələr müharibəni xalqlar arasında baş vermiş faciə kimi qəbul edirlər, Azərbaycan isə yox?

SSRİ-nin ərazisinin 9%-nin 4 il Hitlerin işğalı altında olması və bütün anti-Hitler koalisiyası ilə birgə vermaxt üzərində qazanılan qələbə - fəxr etmək üçün qanuni səbəbdir, ancaq düşmən bizim torpağı 30 il tapdalayanda, ərazilərin 20%-ni işğal edəndə və hər yeddi vətəndaşdan birini qaçqına çevirəndə, hitlerçilərdən fərqli olaraq, hətta ölülərin qəbirlərini məhv edəndə, sonra isə bütün bunlara görə Azərbaycan Ordusu tərəfindən qovulanda bəs necə? Ermənistandan üzr istəyək? Yoxsa şəxsən cənab Milonovdan üzr isətəyək?

Həqiqəti desək, cənab Milonov “Azərbaycan müharibə ilə fəxr edir” fəryadı ilə Bakıda Hərbi Qənimətlər Parkı ətrafında Ermənistanda meydanna gələn isteriyanın əsl səbəbini sadəcə olaraq “ortaya qoyub”. Çünki İrəvanda nə dioramaları, nə “janrlı” manekenləri, nə dəbilqələri “həzm edə”, məhz Azərbaycanın zəfər çalması ilə razılaşa bilmirlər. Nə tərif yağdırılan “Ohanyan xətti”nin inşası, nə "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqaviləyə uyğun kvota üzrə Ermənistana malik olmağa icazə verilən ağır texnikanın dəfələrlə daha artıq sayının Qarabağa yeridilməsinin kömək etmədiyini qəbul edə bilmirlər. Məhz buna görə onlar qələbəni dünyanın digər ölkələrindən olan muzdluların və başqa planetlərdən gələnlərin ayağına yazırlar, bircə azərbaycanlılar tərəfindən qazanıldığını qəbul edə bilmirlər.

Və indi sifarişli isterikalar nə qələbəmizin üzərindən xətt çəkməyə, hazırda dünyanın aparıcı hərbi akademiyalarında öyrənilən, Azərbaycanın hərbi uğuruna görə qanuni fəxr hissindən məhrum etməyə kömək etməyəcək”, - Fuad Axundov vurğulayıb.


Müəllif: Teleqraf.com