Milli Məclis dövlət büdcəsi zərfinə daxil olan “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi və “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini III oxunuşda qəbul edib.
Teleqraf.com xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 306 770 072,0 manat, xərcləri 5 306 770 072,0 manat məbləğində təsdiq edilib.
İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 180 375 536,0 manat, xərclərinin 180 375 536,0 manat məbləğində olması proqnozlaşdırılır.
Həmçinin 2022-ci il üçün ehtiyac meyarının həddi 170 manatdan 210 manata çatdırılır.