18 Yanvar 2023 14:26
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur!”.

Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.


Müəllif: Teleqraf.com