13 Sentyabr 2023 15:48
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçrəyə işgüzar səfəri çərçivəsində BMT-də akkreditə olunmuş jurnalistlərin assosiasiyası üçün təşkil olunan brifinqdə iştirak edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Ölkənin xarici siyasət prioritetləri, Azərbaycanın ikitərəfli və çoxtərəfli gündəliyi, regionda münaqişədən sonrakı vəziyyət və Ermənistan-Azərbaycan arasında normallaşma prosesi müzakirə edilən mövzular olub", - deyə qeyd edilib.

Xatırladaq ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər