19 İyul 19:00
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulsa da, Nikol Paşinyan bu görüşdən yayınıb. Onun Azərbaycan Prezidenti ilə görüşdən yayınması çox güman ki, Fransa prezidentinin diqtəsi ilə olub. Çünki Fransa Böyük Britaniya ilə bu məsələdə rəqabət içərisindədir.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, rəsmi Paris bu məsələdə hər hansı bir şəkildə Londonun rol almasında maraqlı deyil:

“Belə şərtlərdə isə Azərbaycan üçün hansı platformada danışıqların aparılması fərq etmir. Çünki haqlı olduqda daha rahat şəkildə bu məsələlərdə iştirak etmək mümkün olur. Azərbaycanın niyyəti, məqsədi, istiqaməti bəllidir”.

Partiya sədri hesab edir ki, bu məsələdə narahatlıq üçün əsas yoxdur:

“Ermənistan bundan narahat olmalıdır. Çünki prosesin gecikməsi Ermənistanın özü üçün çox ciddi narahatlıq yaradan amilə çevrilə bilər. Azərbaycan Prezidenti burada da yenə də müstəqil və ənənəvi iradəsini ortaya qoydu. Hansısa bir şəkildə Azərbaycanın maraqlarına zidd ola biləcək arxa fonda qurulan planları rahatlıqla geri çevrildi”.

Fazil Mustafaya görə, Prezident İlham Əliyev bu addımları ilə bir daha müstəqil Azərbaycanın iradəsini qəbul etdirə biləcək güclü Lider olduğunu göstərdi:

“Londonda olan görüşün baş tutmaması heç də sonluq, nə də dünyanın sonu deyil. Amma Ermənistanın özü üçün xoş olmayan surprizlərin müəyyən dərəcədə başlanğıcı ola bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər