17 Sentyabr 13:28
239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından vacibdir.

Teleqeraf.com xəbər verir ki, bu sözləri Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Bakı Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağı işğaldan azad edib və indi orada bərpa-yenidənqurma işləri görülür.

Kalın qeyd edib ki, bu sülh həm də Zəngəzur dəhlizinin açılmasını təmin edəcək: “Nəticədə region dövlətləri Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa marşrutu vasitəsilə bir-biri ilə bağlanacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər