Bakıda keçirilən Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın X iclasının protokolu imzalanıb.
Teleqraf.com xəbər verir ki, iki ölkənin qurumları arasında da sazişlərin imzalanması olub.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Bundan başqa, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında, Gürcüstan Xarici İşlər Nazirliyi ilə Azərbaycan Xarici İşlər Nazirliyi arasında konsulluq məsələləri üzrə əməkdaşlıq haqqında memorandumlar imzalanıb.