12:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son dövlərdə plastik əməliyyatlar, bədən şəkilləndirmə zamanı ölüm hallarının artmasının səbəblərindən biri də reklamlar və şou proqramlardır".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bugünkü plenar iclasda deyib.

O bildirib ki, həkimi tək reklam etmək məsələsi qadağan olunmalıdır:

"Dünyanın heç bir ölkəsində tək həkimi reklam etmirlər. Bəzən vətəndaşı səhv yönəldirlər. Hətta müəyyən hallarda yaxşı həkim belə düzgün reklam edilmir. Təklif edirəm ki, "Reklam Haqqında Qanun"a dəyişiklik olunsun. Tək şəxsin reklamı qadağan edilsin. Çünki bir fərdin reklamı doğru deyil. Bu, həm də peşə etikasına ziddir.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər