Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarında dəyişiklik edilib.
Parlamentin bugünkü iclasında müzakirə olunan layihəyə əsasən, işçi qrupunun rəhbəri deputat Səbinə Salmanova təyin edilib.
Layihə səsə qoyularaq qəbul edilib.