Bir il əvvəl bu gün səhər saat 3:30-da Bakıdakı Heydər Əliyev Airporta gəldim. Nə gözəl hiss idi, ilk dəfə olsa da, bir neçə dəfə burada olduğumu zənn edirdim. Polis xanım mənə yaxınlaşaraq pasportumu tələb etdi. O, pasportumu çox diqqətlə yoxlayırdı. Üzünə baxırdım. Böyük gözəl gözləri pasportumda xüsusi bir şey axtarırdı. Beş dəqiqə sonra, yanımdan keçənləri sayırdım. Xanım polis əsəbiləşməyə başladı. Mənə baxdı və zəng etməyə başladı. Onun danışdığını eşidə bilmədim, amma mənim haqqımda idi.
Teleqraf.com xəbər verir ki, bu fikirləri İrəvan xanlığının varisi Əmir Əli Sərdar İrəvani Bakıya ilk gəldiyi günü xatırlayarkən qeyd edib.
“Polis xanım dəstəyi asdı və məndən İrəvandan olub-olmadığımı soruşdu. Qürurla irəvanlı olduğumu dedim. İkinci gözləmə turu başladı. Yenidən zəng etdi və bir neçə dəqiqədən sonra başqa bir polis gəldi. “Nə baş verir?”, deyə özümdən soruşdum. İkinci polis məmuru mənə çox ciddi baxdı və pasportumu özü yoxlamağa başladı. O da həmkarı kimi irəvanlı olduğumu soruşdu. Mən təsdiqləyəndə cümlələrimi bitirməyə icazə vermədi”.
Onun sözlərinə görə, sonra polis ondan harada yaşadığını dəqiqləşdirib: "Almaniyada yaşadığımı, həm dostları ziyarət etmək, həm də Heydər Əliyev Mərkəzindəki sərgini izləmək üçün Bakıya gəldiyimi bildirdim. Daha əvvəl heç vaxt İrəvanda olmadığımı öyrəndikdən sonra həmkarından məni buraxmasını tələb etdi. Bu qısa qəbuldan sonra gördüm ki, dəyərli dostlarım bizi gözləyirlər”.