Türkiyənin Ərzurum Texniki Universitetinin bioteknoloji tətqiqat qrupu 10 dəqiqə ərzində nəticə verən yerli PZR testlərinin istifadəsəinə hazırlaşır. Universitetin rektoru Bülent Çakmak bu testlərin 90 faiz effektli olacağını düşünür.
Teleqraf.com xəbər verir ki, biotexnologiya sahəsində xaricə məhsul ixracında təcrübəli olan universitet rektoru bildirib ki, iyirmi layihə arasında yalnız PZR testləri üzərində işləyirlər:
“Yerli peyvənd istehsalı işləri çox vacibir, amma işlərin tamamlanması bir il vaxt alacaq. Hazırda test müddətini 10 dəqiqəyə endirmək üçün çalışırıq. Həmkarlarımızın ən böyük şikayəti testin çox vaxt aparması və tam nəticə verə bilməməsidir. Hazırladığımız testlər istismara verildikdə qısa müddətdə nəticə verəcəyini və dəqiqliyin yüksək olacağını düşünürük. Proqnozlarımıza görə, bu istehsal ən geci üç ay ərzində başa çatacaq”.