19 Yanvar 2021 09:50
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin sonu İngiltərədə aşkarlanan COVID-19 infeksiyasının mutasiya keçirmiş növü sürətlə dünyaya yayılmağa davam edir.

Teleqraf.com xəbər verir ki, infeksiyanın mutasiya keçirmiş növü bu dəfə Şimali Afrikada aşkarlanıb.

Şimali Afrika Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, yeni mutasiya İrlandiyadan Tancaya gəmi ilə gələn şəxsdə tapılıb.

Şəxs Kasablankada karantinə alınıb, onda hər hansı virus əlaməti yoxdur.

Qeyd edək ki, bu günə qədər İrlandiyada 460 144 nəfərdə virus aşkarlanıb, onlardan 7 977 nəfər dünyasını dəyişib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər