İcbari tibbi sığortaya daxil olan xidmətlər zərfinin hər il yenilənməsi üzrə işlər aparılır.Rəsmi
Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov bu gün keçirilən mətbuat konfransında deyib.
"Ötən il ərzində İTS tərəfindən 2550-yə yaxın tibbi xidmət təyin olunub. Bu il isə bu say 2800-dən çoxdur. Burada yalnız səhiyyə xidmətləri nəzərdə tutulur. Lakin bir sıra xəstəlikləri əlavə etdikdə, bu say 3000-dən çoxdur.
Xidmətlər zərfinə 23 bölgədə sığortanın tətbiqi məsələsində aşkar olunan xidmətlər əlavə edilib. Buraya əsasən qapalı və açıq əməliyyatlar, müayinə və müalicələrlə bağlı xidmətlər daxildir. Kardioloji və nevroloji əməliyyatlar xidmətlər zərfinə əlavə edilib", - deyə bildirib.