9 İyul 2021 11:38
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən burada vacib bir məsələyə diqqət çəkmək istərdim. Söhbət sakinlərdən dövlət ehtiyacları üçün torpaqların alınmasından gedir. Bununla bağlı Bakıda çoxlu mübahisə və münaqişələr yaranır. Deputat seçildiyim Xətai rayonunda da belə problem yaşanmaqdadır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənqiliyev səsləndirib.

O deyib ki, Xətai rayonun 14 sakini şəxsən ona müraciət edib: “Məndən əvvəl bu insanlar müvafiq dövlət qurumlarına da müraciət ünvanlayıb. Mən də onların şikayətlərini müxtəlif dövlət qurumlarına göndərmişəm. Lakin təəssüflər olsun ki, problem həllini tapmır”.

Q.Həsənquliyev bildirib ki, ona müraciət edən 14 sakinlə bağlı dövlət ehtiyacları üçün torpaqların alınması zamanı qanunun tələbləri yerinə yetirilmir: “Məsələn, onlara deyilir ki, qonaq və yataq otağının kvadratmetrinə görə, min, mətbəxt, dəhlizə görə 750 manat ödəniləcək. Təsəvvür edin ki, burada elə insan var ki, evinin təmirinə 100 min manat xərclənib, bəziləri daha az xərcləyib. Təəssüflər olsun ki, müstəqil ekspertlər də qiymətləndirmə üçün dəvət olunmurlar. Sakinlərin özlərindən xəbərsiz Kapital Bankda hesab açaraq ora pul köçürüblər. Məcburi qaydada müqavilə bağlamadan evlər sökülüb. Hesab edirəm ki, bu sahədə olan qaydasızlıq nəhayət düzəldilməlidir. Cənab prezident də demişdi ki, heç olmasa insanlara 1500 manatdan ödəniş edilməlidir. Təklif edirəm ki, hər birimiz özümüzü bu insanların yerinə qoyaq. Ümid edirəm ki, sizin də dəstəyinizlə bu problem həllini tapacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər