11 Sentyabr 2021 13:55
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun yayılmasında son günlər stabilləşməyə meyl var. Sağalanların sayı günbəgün artır və bu yaxşı əlamətdir, kliniklarda sıxlıq olmayacaq. Düşünürəm ki, yoluxma sayına kütləvi peyvəndləmə mütləq müsbət təsir edəcək və ayın axırında bu göstərici də azalacaq.

Teleqraf.com xəbər verir ki, bunu həkim-pediatr Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, qonşu ölkələrdə də müsbət tendensiya müşahidə olunur: “Gürcüstanda yoluxma sayı azalsa da, ölüm sayı ürəkaçan deyil orda. Hökumət çıxış yolunu vaksinasiyada gördüyü üçün qapanmaya getməyəcək. Türkiyədə zəif də olsa stabilləşmə var. Yaxın günlərdə öz vaksinlərindən istifadə edəcəklər. Rusiyada isə vəziyyət pisdir, amma yerli istehsal olduğuna görə vaksin baxımından problem yoxdur”.

Mütəxəssis ABŞ-da yoluxma sayının artmaqda davam etdiyini vuğulayıb: "Lakin ölüm göstəricisi 1-2 faiz arasında dəyişir. Stasionarlarda müalicə alanların 97 faizi peyvənd olunmayanlardır. Bayden yeni sərəncam imzalayıb, bir sıra peşə sahibləri (dövlət qulluqçuları, tibb işçiləri və s.) məcburən peyvənd olunacaqlar.

Bütün dünya bu günə çıxış yolunu peyvənddə görür. “Mən peyvənd olunmuşdum, amma ölümcül xəstələndim" kimi saxta xəbərlərə inanmayın. Peyvənd olunanlar yoluxa bilər, amma xəstəliyi ölümcül keçirməyəcəklər. Bir az diqqətlə müşahidə aparsaq görərik ki, ən çox xəstələnənlər peyvənd olunmayanlardır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər