Qeydiyyat zamanı yaranan çətinlikləri aradan qaldırmaq, suallara aydınlıq gətirmək məqsədi ilə Fondun 8110 Çağrı Mərkəzi fəaliyyət göstərir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "YAŞAT" Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 7 dekabr 2021-ci il tarixinədək fondun qaynar xəttinə 76 509 zəng daxil olub.