Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev iyunun 23-də saat 10:30-da Gədəbəy şəhərində Heydər Əliyev prospekti,2 ünvanında yerləşən rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Teleqraf.com DGK mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbul zamanı Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 22-si saat 10:30-dək 195 Çağrı Mərkəzi, Tovuz Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
İlhamə