22 İyun 2016 16:07
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 24-də Gəncə şəhərində, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulunu keçirəcək.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Vətəndaşların qeydiyyatı Gəncə Regional Mərkəzində (ünvan: Gəncə şəhəri, Ə.Əliyev küçəsi 110) 23 iyun 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər