14 İyul 2016 10:18
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda ailəvi-istirahət mərkəzində yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, rayonun Qoşa kəndində vətəndaşa məxsus ailəvi-istirahət mərkəzində ümumi sahəsi 75 kvadrat metr olan taxta konstruksiyalarlı 4 otaqdan ibarət katecin konstruksiyaları 45 kvadrat metr sahədə yanıb. Qalan hissə yanğından mühafizə olunub.

Yanğın saat 1:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: