14 Avqust 2016 10:21
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfər (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola nəzarətsiz ərazidə) intihar məqsədiylə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaş çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 05:55-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər