16 Avqust 2016 13:20
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin gömrük xidməti rəhbərlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.

Şərqi Azərbaycan Vilayəti Gömrüklərinin rəisi ƏləsgərAbbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsində görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, Naxçıvan MRDövlət Gömrük Komitəsinin sədri, Asəf Məmmədov ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi kimi İranın yaxın vilayətlərilə Naxçıvan MR-sı arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini, gömrük sahəsində əməkdaşlığın ildən-ilə genişləndiyini bildirib.
Nümayəndə heyətinin rəhbəri Ələsgər Abbaszadə İran tərəfinin qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrım da iştirak edib.

Danışıqlar zamanı ikitərəfli gömrük və ticarət əlaqələrinin sadələşdirilməsi məsələləri müzakirə edilib. Tərəflər sərhəd-keçid məntəqələrinin iş saatının artırılması, mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, gömrük nəzarətində “bir dayanacaq” prinsipinin tətbiqi, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün qarşılıqlı görüşlərin mütəmadi qaydada təşkili və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər