Bu gün erməni helikopterini məhv edən hərbçi kimi məşhurlaşan Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi qulluqçusu İlkin Muradovun toyudur.
Teleqraf.com xəbər verir ki, hərbçi Neftçala rayonunda baş tutan toy mərasiminə deputat Aydın Mirzəzadəni də dəvət edib.
Millət vəkili sosial şəbəkədə qeyd edib ki, hərbçi ona zəng edərək şəxsən toyuna dəvət edib: “Bu gün silahlı qüvvələrimizin müddətdən artıq xidmət edən gənc igid hərbi qulluqçularından birinin öz doğma kəndlərində toyudur. Zəng edərək toya şəxsən özü dəvət edib. Gül dəstəsini artıq bağlatdırmışam, bir qədər sonra onun yaşadığı kəndə yola düşürəm”.
Qeyd edək ki, İlkin Muradov 2014-cü il noyabrın 12-də Azərbaycan ordusuna qarşı təxribat törətməyə cəhd göstərən düşmən helikopterini məhv edib. “Vur, komandir, vur...” videosu sosial şəbəkə və mediada yayılandan sonra hərbi qulluqçumuz hər kəsin rəğbətini qazanıb.
Kəmalə