Ötən il Azərbaycanda 96 min 79 psixi xəstə müalicə-profilaktika müəssisələrində qeydiyyatdan keçib.
Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, əhalinin hər 100 min nəfərinə 1002,3 pxisiki xəstə düşür. 2010-cu ildə 129515 psixi xəstə qeydiyyata alınıb.
Xatırladaq ki, bu gün Dünya Psixi Sağlamlıq Günüdür.
İlhamə ƏBÜLFƏT