Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına baş həkim təyin olunub.
Bu barədə Teleqraf.com-a ATU-nun Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova deyib.
Onun sözlərinə görə, Klinikanın yeni baş həkimi Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının professoru Rauf Maqsud oğlu Ağayevdir.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev yeni baş həkimi kollektivə təqdim edib.
Klinikanın keçmiş baş həkimi Asiman Həsənov idi. O, öz ərizəsilə tutduğu vəzifədən azad olunub.
İlhamə ƏBÜLFƏT