5 Noyabr 2016 00:52
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yaxın ətrafınızda yeni simalar peyda olacaq. Baş verənləri anlamağa, dəyişikliklərə hazır olmağa çalışın. Yeniliklərin bəziləri əlverişli olmasa da, situasiyadan tam bəhrələnin.

Buğa - maliyyə itkiləri istisna deyil. Qüvvə və potensialınıza həddən ziyadə güvənərək düşünülməmiş addımlar atmayın. Eqoist və xudpəsənd açıqlamalar ümumi işin ziyanınadır.

Əkizlər - yarımçıq işi tamamlayın. Axşam saatları şəxsi münasibətlərdə harmoniya vəd edir.

Xərçəng - yetərincə uğurlu, düşərli, əlverişli gündür. Maraqlarınız şəxsi həyat müstəvisində cəmləşməsin. Peşəkar fəaliyyət sahəsindəki proseslərdə ciddi dəyişikliklər istisna deyil. Günün ikinci yarısında situasiya dəyişə bilər. Ailədəki problemin həlli ilə məşğul olun.

Şir - məhsuldar və perspektivli gündür. Düşünülməmiş addımlar atmayın. Tələsik qərar və ya hövsələsiz davranış fəsadlara səbəb ola bilər. Aldığınız məlumatları təhlil etmədən atılan addımların nəticələri sonradan sizi təəssüfləndirə bilər.

Qız - işgüzar aktivliyi artırın. Yaxşı tanımadığınız insanlarla əlaqələr qurun, onların imkanlarından bəhrələnməyə çalışın. Axşam saatlarında dostlarla birlikdə istirahət edin.

Tərəzi -səhhətinizə fikir verin. Qəbul etməyə hazırlaşdığınız dərman preparatlarının istifadə müddətinə diqqət yetirin. Axşam saatları yağlı, "ağır" yemək yeməyin.

Əqrəb - maliyyə baxımından uğurlu gündür. Addım və qərarlarınızda qətiyyətli olun. İradəli olun, prioritetlərlə məqsədləri müəyyənləşdirin. Günün ikinci yarısında gəlir şansları yaranır. Maliyyə vəsaitindən qənaətlə bəhrələnin, bədxərclik etməyin.

Oxatan - fikir və istəklərin izharında ağır dövrdür. Naqolaylıqlar münasibətlərlə yanaşı, işdə də hiss olunacaq.

Oğlaq - problemlə qarşılaşacaqsınız. Mövqeyinizin sərt izharı dostlardan və ya yaxınlardan birinin xətrinə dəyə bilər.

Dolça - sizi heyrətləndirəcək, hətta təşvişə salacaq hadisələr baş verə bilər. Yaxın ətrafınızdakı insanlar sizi xəbərlər və yeni ideyalarla heyrətləndirə bilərlər.

Balıqlar - maraqlarınızın tam təminatına çalışın. Tərəfdaşınız sizinlə əməkdaşlığın perspektivlərinə əsla şübhə etməməlidir. Maddi məsələlərdə qətiyyətli olun. Alış-verişdə bədxərclik etməyin.

Milli.Az


Müəllif:

Oxşar xəbərlər