“Ana ölümü əmsalı 2015-ci ildə 24 olduğu halda, 2016-ci ildə 22-yə enib”.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na uyğun həyata keçirilən tədbirlər sayəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib.
Belə ki, əgər 2014-cu ildə körpə ölümü göstəricisi 10,2 promille idisə, 2016-cı ildə bu rəqəm beynəlxalq diri doğulma meyarları nəzərə alınmaqla 11,2 promille təşkil edib.
İlhamə ƏBÜLFƏT