9 Fevral 2017 18:23
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 128 milyon 187 min manat vəsait ödənilib.

Bu barədə Teleqraf.com-a SOCAR-dan məlumat verilib.

Qeyd edək ki, bu göstərici 2016-cı ilin yanvar ayı ilə müqayisədə 10 milyon 505 min manat və ya 108,9 faiz çox olub.

Bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 507 min manat vəsait köçürmüşdür. Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2 milyon 379 min manat və ya 123,5 faiz çox olub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər