Azərbaycan Respublikası prezidenti İlham Əliyev “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işçiləri haqqında iki sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, birinci sərəmcamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Əliyev Ziyəddin İsmayıl oğlu
Qasımov Əflatun Allahyar oğlu”.
Digər sərəncam isə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqındadır:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Azadəliyev Azadəli Kəlbəli oğlu
Babayev Eldar Mirvanoviç
Çıraqov Nizami Qəfər oğlu
Əhmədov Şahin Əhməd oğlu
Əmirova Xatiban Balasan qızı
Hacıyev Ələddin Əli oğlu
Hüseynov Yaşar Hüseyn oğlu
İsmayılov Səftər Tofiq oğlu
Qafarov Firdovsi Cümşüd oğlu
Qəniyev Dilqəm Seyfəddin oğlu
Quliyev Zakir İbrahim oğlu
Məhərrəmov Elxan Məmmədağa oğlu
Məmmədov Faiq Fazil oğlu
Paşayev Mübariz Vəliş oğlu
Şükürov Tahir Rəşid oğlu
Tağıyev Tağı Sultan oğlu
Zamanov Nizami Zaman oğlu”.