1 Mart 2017 18:27
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Filip Ştalder Lənkəranda səfərdə olub.

APA-nın cənub bürosunun xəbərinə görə, səfiri əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib. Qonağa rayonun turizm potensialı və tarixi abidələri haqqında məlumat verilib. Daha sonra diplomat sitrus plantasiyası, Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olub. O, Xocalı soyqırımı abidəsini də ziyarət edib və önünə gül dəstələri düzüb.

F.Ştalder Lənkərana səfərini tamamladıqdan sonra Masallı rayonuna səfər edəcək.


Müəllif:

Oxşar xəbərlər