3 Mart 2017 09:21
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 3,5 faiz, tütün məmulatlarının istehsalında 43,9 faiz azalma, içki istehsalında isə 32,4 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, əsas məhsullardan olan pendir və kəsmik istehsalı 0,6 faiz, kərə yağı istehsalı 9,1 faiz, qənd istehsalı 47,7 faiz azalıb. Bununla yanaşı, alkoqolsuz içkilərin istehsalı 72,1 faiz, marqarin istehsalı 18,3 faiz, duru bitki yağlarının istehsalı 16,4 faiz, cem və marmeladların istehsalı 6,5 faiz, mineral suların istehsalı 2,6 dəfə artıb.


Müəllif:

Oxşar xəbərlər