6 Mart 2017 13:47
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 6 illik hesabatını açıqlayıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, bu illər ərzində qaynar xəttə ümumilikdə 18.140 zəng daxil olub ki, onlardan 2163-ü hüquqi, 3583-ü psixoloji, 453-ü səhiyyə , 4757-si təhsil, 6137-si sosial, 1047-si isə digər müraciətlərlə bağlı olub.

Bu müraciətlərdən 12.045-i şəhərdaxili, 5778-i mobil, 152-si mobil-sms, 165-i isə elektron məktubla edilib. Təkcə 2016-cı il yanvar-dekabr ayları ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 3516 zəng daxil olub.

“Uşaq Qaynar Xətt” xidmətinə zorakılıqla bağlı 987 müraciət daxil olub. Müraciətlərə əsasən psixoloji zorakılığa məruz qalmış uşaq və gənclər – 486 nəfər, fiziki zorakılığa məruz qalmış uşaq və gənclər – 30 nəfər, cinsi zorakılığa məruz qalmış uşaq və gənclər – 11 nəfər, etinasızlığa məruz qalmış uşaq və gənclər – 460 nəfər təşkil edib.

Bildirilib ki, zorakılıqla bağlı “Qaynar Xətt”ə müraciət edənlərin 571 nəfəri qız, 416 nəfəri isə oğlan olub. 2014-cü ildə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin tərkibində yaranan “Gəncə Regional Uşaq Qaynar Xətt” xidməti də uğurlu fəaliyyəti ilə seçilib. Belə ki, 2 il ərzində “Gəncə Regional Uşaq Qaynar Xətt” xidmətindən 926 uşaq yararlanıb ki, bunun da 353-ü 2016-cı ilin payına düşür.

Məlumat üçün bildirək ki, “Uşaq Qaynar Xətt”- 24 saat fəaliyyət göstərir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər