3 Aprel 2017 11:07
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən universitetin ingilis və alman dili üzrə pedaqoji, eləcə də ingilis və fransız dili üzrə fakültələri birləşdirilərək onların bazasında Təhsil (pedaqoji) fakültəsi yaradılıb.

Bu barədə Teleqraf.com-a ADU-dan məlumat verilib.

Məlumatda bildirilib ki, iki fakültənin birləşdirilməsində məqsəd təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqinə nail olunmasıdır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər