7 Aprel 2017 12:33
3 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini kimi jurnalistlərin suallarını operativ cavablandıran Nazim Məcidovun işdən çıxarılması barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Nazim Məcidov Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, yayılan məlumat əsassızdır: “Ötən il Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi ilə Dənizkənarı Bulvar İdarəsi birləşdirildi və Dənizkənarı Bulvar İdarəsi yarandı.

Dövlət Bayrağı Meydanı Kompeksi İdarəsinin rəhbəri İlqar Mustafayev birləşmiş idarənin rəhbəri oldu. Bundan sonra rəhbərliyin qərarına əsasən, KİV-lə əlaqə aparat rəhbərinə tapşırıldı.

Heç bir problem yoxdur. Mediaya hər cür koməklik göstərilir. Struktur yerində, mən də əvvəlki kimi iş başındayam”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər