28 Aprel 2017 12:42
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 2016-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncaq keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açmış AMEA-nın prezidenti Akif Əlizadə açıb.

Akif Əlizadənin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi böyük əhəmiyyətə malikdir:

“Yol Xəritəsi Azərbaycan alimlərinin qarşısında çox böyük vəzifələr qoyur. Biz Akademiya olaraq, dövlətimizin bu çağırışına uyğun olaraq bir neçə innovativ xarakterli təkliflər hazırlayıb göndərmişik. Bu təkliflər müxtəlif iqtisadi islahatları əhatə edir.

Təkliflərlərin bəziləri Azərbaycan torpaqları ilə bağlıdır. Azərbaycan Torpaqşunaslıq İnstitutu tərəfindən verilən təklif qəbul edilib”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər