5 May 2017 17:02
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sovet dövründə suni qidalar geniş təbliğ olunurdu. 1980-ci ildə 20 faiz uşaq ana südü ilə qidalanırdı. İş adamları da bundan istifadə edərək sənaye üsulu ilə suni qidalar istehsal etməyə başladılar”.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş pediatrı Nəsib Quliyev K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda jurnalistlər üçün keçirilən “Ana südü ilə qidalanmanın əhəmiyyətinə dair” UNİCEF və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə maarifləndirici seminarda deyib.

Onun sözlərinə görə, ana südü verməkdən cavan analar imtina edir: “Bu istiqamətdə yeganə doğru yol ondan ibarətdir ki, ictimai xadimlər, nüfuzlu din adamları, ziyalı və jurnalistlər birgə mübarizə aparmalıdırlar.

Övladına 2 yaşa qədər süd verən ana 96 faiz halda hamilə qalmır. 2 il ərzində ana orqanizmində normal fizioloji proses davam edir və növbəti hamiləliyə hazırlaşır. Uşaqlar arasında ölüm hallarına suni qida ilı qidalananlarda daha çox rast gəlinir. 1992-1993-ci ildə aparılan araşdırma nəticəsin 1 yaşa qədər körpələrin ana südü qidalandırılması 25 faiz idi. İndi bu faiz 48-50 faiz arasında dəyişir".

Nəsib Quliyev bildirib ki, analarda 2 faiz halda ana südünün çatışmazlığı olur: "Bu da anaların xəstəliyi ilə bağlı olur. Halbuki 48 faiz ana övladına süd vermir. Bu subyektiv səbəblər içərisində birinci yerdə ananın süd vermək istəyinin olmaması gəlir.

Bəzən analara rəfiqələri məsləhət verir ki, süd versən fiquran pozular, ərin boşayar və s. Ana südü ilə qidalanma Almaniyada 80 faizə çatır. Amma əmziyi, süd butulkarlarını Almaniya düzəldib bizə satır, amma özlərində ana südü ilə qidalanma yüksək faizdir".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər