10 May 2017 16:17
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini başa vura bilməyən şagirdlər üçün mayın 11-dən 13-dək eksternat imtahanları keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Teleqraf.com-a bildiriblər ki, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək BŞTİ-də aparılıb.

Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanlarında iştirak etmək üçün 412 ərizə qeydiyyata alınıb. Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək.

Məqbul qiymət almış şəxslərin siyahısı mayın 23-dək baku.edu.gov.az saytında yerləşdiriləcək. Eksternat imtahanlarından uğur qazanan şəxslərin tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.

Şəfiqə Nazımqızı


Müəllif:

Oxşar xəbərlər