Alman-Azərbaycan Gənclər Assosiasiyasının sədri Rəqsanə Civişova Almaniyanın nüfuzlu siyasi dairələri ilə sıx əlaqələrə malikdir.
Bunu Teleqraf.com-a açıqlamasında jurnalist Elnur Eltürk bildirib. O qeyd edib ki, R.Civişova gənc yaşlarından böyük uğurlara imza atmış və Almaniyanın siyasi dairələrində hörmətlə qarşılanan fəallarımızdandır: “Alman rəsmilərin onun haqqında xoş ifadələr işlətdiyinin dəfələrlə şahidi olmuşam. Bir neçə dəfə Almaniyanın keçmiş prezidenti Yoahim Qauk onu rəsmi qəbul edib. Prezident ölkəmizlə, onun fəaliyyəti, işləri ilə maraqlanaraq uğurlar arzulayıb”.
E.Eltürk bildirib ki, assosiasiya sədrinin əlaqələri prezident administrasiyası ilə məhdudlaşmır: “Onun Bundestaqın deputatları ilə də sıx əlaqələri var. Bir neçə il bundan öncə gənclərlə birgə federal kansler Angela Merkellə görüşdə iştirak etməsi ona olan diqqətin göstəricisi idi. 2014-cü ildə Almaniya Sosial-Demokrat Partiyasının nümayəndəsi, millət vəkili Steffen Klaudio Lemmenin Azərbaycana səfərini təşkil edib, deputata ölkəmizin mədəniyyəti və tarixi haqqında geniş məlumat verib. Rəqsanə Civişovanın onlarla bu cür fəaliyyətini qeyd etmək olar.
Həmçinin, onun Almaniya Jurnalistlər İttifaqının rəhbərliyi ilə görüşü xüsusi qeyd edilməlidir. Bununla jurnalistlərin diqqətini ölkəmizə yönəltməyш bacarıb. Hazırda onun alman iş adamları ilə sıx ünsiyyəti var. Bu isə indiki vaxtda iş adamlarının Azərbaycana olan marağının artmasına səbəb ola bilər. Əsas odur ki, bu cür əlaqələrə malik insanlarımızın potensialından yararlanmaq və düzgün istiqamətə yönəltmək lazımdır. Bundan qazanan yalnız milli maraqlarımız olar”.